YouTube
by
mariadjabrailova
Bir qoca qarı var imiş
bu qarının bir balaca nəvəsi var imiş.... bu uşaq o qədər balaca imiş, o qədər balaca imiş ki hamı onu Cırtdan deyə çağırarmış
a qurban olum, niyə dağıdırsan divanı?
eeh ay nənə, darıxıram evdə...
A mənim qəşəng balam, qonşu uşaqlar bu gün odun doğramaq üçün meşəyə gedirlər, istəsən sən də qoşul onlarla get meşəyə ...
Qarı uşaqları çağırıb hər birinə bir parça yağ yaxması verir və Cırtdanı onlara tapşırır
çatdıq?
yox hələ
burda gözəl ağaclar var, onları niyə doğramırıq?
ay Cırtdan, yaşıl ağaca balta vurmaq olmaz... sağlam olmaq istəyiriksə yaşıllığı qorumalıyıq
havanın təmizlənməsində ağacların böyük rolu var. biz qurumuş ağac axtarırırq
çatmadıq?
yox
uff, çatmadıq?
biraz səbrin olsun az qalıb ..
nənəm sizə yağ yaxması verib. Mən yorulmuşam.. Məni belinizə alıb aparın..
Cırtdan uşaqlardan birinin belinə çıxdı və uşaqlar yola davam etdilər ...
Çatdıq. Hər kəs iş başına
nənəm sizə yağ yaxması verdi ki mənim də odunumu toplayasınız
Tələsin uşaqlar, birazdan qaranlıq düşəcək
nənəm sizə yağ yaxması verdi ki mənim də odunumu gətirəsiniz
uşaqlar əlacsız qalıb bunun da odunu götürürlər
bir xeyli yol getdikdən sonra axşam olur, qaranlıq düşür
və uşaqlar yolu azırlar
görürlər ki bir tərəfdən it hürür, bir tərəfdən isə işıq gəlir
ay uşaqlar it hürən tərəfə gedək yoxsa işıq gələn tərəfə?
it hürən tərəfə getsək it bizi yeyər. işıq gələn tərəfə gedək, bəlkə tolu taparıq
uşaqlar işıq gələn tərəfə gedib bir divin evinə çıxırlar
uşaqlar hara gedirsiniz?
olmuya bəlkə yol azmısınız?
Meşənin bu tərəfində heç bir ağlı başında olan insan indiyə kimi gəlməyib
biz yolu azmışıq. bizə kömək edin kəndə gedən yolu tapa bilək
mən sizə kömək edərəm ... narahat olmayın ... ancaq bu gün artıq gecdir
qaranlıqda yolu tapmaq çətin olur. siz gəlin, biraz dincəlin
səhər tezdən mən sizi kəndə yola salacam ...
bir tikə yeməkdən yeyin, sonra qonşu otaqda yer var, keçib dincəlin... səhər sizi kəndə aparacam
mənim yuxum gəlmir
sən ye yeməyini yuxun gələcək. qarşıda uzuuun bir gecə var
gecədən biraz keçəndən sonra div uşaqların yatıb yatmadığını bilmək üçün otağa girir.
To start learning, sign up for free.
Get started