Dil
Bir adamın evinə qonaq gəlir. Atası oğluna pul verir, onu bazara göndərir:
- Oğul, elə bir şey al ki, ondan ən dadlı bir xörək bişirək.
Oğlan bazardan mal dili alır. Xörək çox dadlı olur və hamı onu bəyənir. Ata sevinir və deyir:
- Oğlum, indi isə acı bir şey al.
Oğlan yenə dil alıb gətirir. Atası soruşur:
- Nə üçün yenə də mal dili aldın?
Oğlan deyir:
- Ata, dünyada ən şirin şey də dildir, ən acı şey də. Şirin dil, şirin söz dostu sevindirir, acı dil isə ox kimi dəyir.