YouTube
by
mariadjabrailova
Biri var idi, biri yox idi
bir baba ilə nənə var idi
bir gün baba nənəyə deyir ki qoğal bişir
nənə də bir gözəl həvəslə xəmir yoğurmağa başlayır
nənə qoğalı xamaya batırdı, yağda qızartdı və soyuması üçün pəncərənin kənarına qoydu
biraz keçdikdən sonra qoğal dığırlanaraq pəncərədən masaya, oradan qapıya, oradan həyətə, oradan da daha uzaqlara dığırlanmağa başladı
yolda qoğal dovşana rast gəldi
Qoğal, ay qoğal. Mən səni yeyəcəyəm
Məni yemə ay dovşan, sənə mahnı oxuyaram
Undum qoğal olmuşam
Süd ilə yoğrulmuşam
Nənədən də qaçmışam
Babadan da qaçmışam
Səndən nə var qaçmağa...
Qoğal bir az da dığırlandıqdan sonra yolda canavara rast gəldi
Qoğal, ay qoğal mən səni yeyəcəyəm
məni yemə canavar qardaş, sənə mahnı oxuyaram
Undum qoğal olmuşam
Süd ilə yoğrulmuşam
Nənədən də qaçmışam
Babadan da qaçmışam
Dovşandan da qaçmışam
Səndən nə var qaçmağa...
Qoğal bir az da dığırlandıqdan sonra yolda ayıya rast gəldi
Qoğal iştahlı görünürsən, mən səni yeyəcəyəm
məni yemə ayıcan, sənə mahnı oxuyaram
Undum qoğal olmuşam
Süd ilə yoğrulmuşam
Nənədən də qaçmışam
Babadan da qaçmışam
Dovşadan da qaçmışam
Canavardan qaçmışam
Səndən nə var qaçmağa...
Qoğal bir az da dığırlandıqdan sonra yolda tülküyə rast gəldi
Tülkü dedi: Qoğal, ay qoğal sən nə qəşəngsən
Undum qoğal olmuşam
Süd ilə yoğrulmuşam
Nənədən də qaçmışam
Babadan da qaçmışam
To start learning, sign up for free.
Get started