YouTube
by
rafikhkbn
Bu gün Azərbaycan mədəniyyətinin və Azərbaycan dilinin nə qədər
önəmli olduğu heç kimə sirr deyil. Bu da ondan irəli gəlir ki,
hər bir millət üçün və hər bir xalq üçün onun milli mədəniyyəti və
onun dili çox önəmlidir. Əsas... Belə deyək... Əsas amillərdən biridir.
Ona görə mən başqa bir yöndə danışmaq istərdim. Bu da xaricdə təhsil, xaricdə
yaşayan azərbaycanlılar. Bu gün dünya üzrə 50 milyona yaxın azərbaycanlı yaşayır
Və bunun sadəcə 10 milyonu bu gün Azərbaycanda yaşayır. Bu da o,
deməkdir ki, bizim xaricdə yaşayan azərbaycanlılarımızın sayı 40 milyona
yaxındır. Azərbaycanlıların xarici dövlətlərdə əsas məqsədi nədir?
Mən xaricdə təhsil alan bir tələbə kimi bizim xarici dövlətdə əsas
məqsədlərimizdən danışmaq istəyirəm. Əsas məqsədlərimizdən biri, ilk öncəsi,
bizim təhsilimizdir. Təhsilimizdən sonra isə, əlbəttə ki, Azərbaycanımızı
xarici dövlətdə layiqincə təmsil etməkdir. Məsələn, mən... təbliğatdan danışanda
ilk öncə vurğulamaq istəyərəm ki, bu gün mən oxuduğum Litvada, Kaunas şəhərində
çoxlu sayda azərbaycanlı var. Və çoxlu sayda aktiv azərbaycanlı var.
Bu azərbaycanlıların səyi nəticəsində bu gün Litvada Azərbaycan mədəniyyəti
təbliğ olunur. Azərbaycan dili təbliğ olunur və s. Məsələn, bir neçə proyekt
var ki, onun haqqında ətraflı danışmaq istərdim. Bu proyektlərdən biri...
Azərbaycan gənclərinin Litva yataqxanasında yaratdığı.. Litvanın
müstəqillik gününə aid.. müstəqillik gününə həsr olunmuş Litva-Azərbaycan
dostluğuna aid bir guşə idi. Bu guşənin məqsədi nədir? Guşəmizin məqsədi o idi ki,
Litva yataqxanasında çoxlu sayda Azərbaycanlı, çoxlu sayda Litvalı,
çoxlu sayda başqa dövlətlərdən gəlmiş tələbələr var. Və biz "Bizi nə
birləşdirir?" sualına cavab axtarıb tapmağımız idi. Yəni Litva-Azərbaycan
dostluğunu həm gənclər səviyyəsində, həm dövlət səviyyəsində nə birləşdirir,
biz onu litvalılar üçün, başqa millətlər üçün göstərmək istədik. Digər bir məsələ
isə... digər bir proyekt deyərdim... Digər bir proyekt isə "Azerbaijan of my mind"
Bu proyektin əsas məqsədi nədir? Bu proyektin əsas məqsədi Litvada
yaşayan litvalılara, istər xaricilərə Azərbaycana aid nəsə öyrətməkdir.
Azərbaycan mədəniyyətinə aid nəsə öyrətməkdir. Əsas məsələ odur ki,
20 slayddan ibarət olacaq bu prezentasiyada litvalı dostlarımız
Azərbaycana aid bir prezentasiya yığsınlar və bu prezentasiyanın qalibinə, təbii ki,
hədiyyələr və s. hədiyyə olunacaq. Və hər bir litvalının bizdən nəsə
öyrənməyi, bizim mədəniyyətdən nəsə öyrənməyi, əlbəttə ki, böyük bir
nailiyyətdir. Mən belə düşünürəm. Digər sevindirici bir tərəf odur ki,
3 il əvvəl mən bura gələndə, Litvanın Kaunas şəhərinə gələndə Azərbaycan
deyəndə hər kəs Azərbaycanın harada yerləşdiyini və Azərbaycan dövlətinin
adını eşitmək belə çox təəccüblü gəlirdi. Çünki əvvəl eşitməmişdilər. Bu da
çox pisdir, əlbət. Artıq o zamandan 3 il keçir. Və bu gün litvalı gənclərin...
10 gəncin 8-indən soruşsan "Azərbaycan", deyəcək ki, hə, biz tanıyırıq Azərbaycanı.
To start learning, sign up for free.
Get started